17 İyul 2019 12:20
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış italyan yazıçısı, rejissor və dramaturq Andrea Kamilleri 94 yaşında Romadakı “Santo Spirito” xəstəxanasında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə xəstəxananın yaydığı xüsusi bülletendə bildirilib. Qeyd olunub ki, kritik vəziyyətdə olan yazıçının vəziyyəti son bir neçə saat ərzində qəflətən kəskinləşib və ölümlə nəticələnib.

Dünyaca məşhur xəfiyyə obrazı (komissar Salvo Montalbano) uyduran yazıçı iyunun 17-də xəstəxanaya yerləşdirilmişdi. Bütün bu dövr ərzində həyat yoldaşı Rozetta və üç qızı onunla birlikdə olub.

Yazıçıya böyük şöhrəti ilk dəfə 1994-cü ildə çap olunan və polis komissarı Salvo Montalbano obrazının yaradıldığı “Suyun forması” detektiv əsəri gətirib. Onun sayəsində yazıçı beynəlxalq səviyyədə tanınıb. Montalbano haqqında kitablar dünyanın onlarla dilinə tərcümə edilib.


Müəllif: Səxavət