Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib.
Şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət edilib.
Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.
Bildirilir ki, onlara ilkin tibbi yardım göstərilib və hazırda həkimlərin nəzarəti altındadırlar./trend/