20 İyul 2019 19:31
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı ərazisindəki hava limanlarından birinə dronlar vasitəsilə hücum təşkil edilib.

Teleqraf.com xəbər verir ki, hücum Yəməndəki Husilər tərəfindən təşkil edilib.

Husilərin hərbi sözçüsü Yəhya Səri deyib ki, səhər saatlarında hava limanına Kadsif-2 model dronlarla hücum həyata keçirilib. Hava limanında hərbi nöqtələrin hədəfə alındığını bildirən Yəhya Səri əlavə edib ki, hücum səbəbindən hava limanında uçuşlar dayandırılıb.

Səudiyyə Ərəbistanı rəsmiləri və koalisiya ortaqları isə hücumla bağlı rəsmi münasibət sərgiləməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər