ABŞ Prezidenti Donald Tramp müşavirlərinə Türkiyəyə qarşı sanksiyalardan imtina etdiyini və Rəcəb Tayyib Ərdoğana bununla bağlı söz verdiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Amerikanın məşhur “Wall Street Journal” qəzeti çıxış edib.
Nəşrin xəbərinə görə, Yaponiyada G20 sammiti çərçivəsində Ərdoğan-Tramp görüşü zamanı tərəflər S-400 məsələsində qarşılıqlı gərgin münasibətlərdən qaçmaq haqqında razılığa gəliblər.