Hindistanın məşhur komediya ustası Manjunas Naidu Dubay səhnəsində nümayiş etdirdiyi şou zamanı qəfil yerə yıxılıb.
Teleqraf.com xəbər verir ki, 36 yaşlı şoumen infarkt keçirib.
Tamaşaçılar isə gözlənilmədən yıxılan komediya ustasını dayanmadan alqışlayaraq onun şou göstərdiyini zənn ediblər.
Manjunas Naidunun 3 dəqiqədən çox hərəkətsiz qaldığını görən tədbirin təşkilatçıları dərhal təcili tibbi yardım çağırıblar. Lakin şoumenin həyatını xilas etmək mümkün olmayıb.