22 İyul 2019 21:14
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş AKP-çi Əli Babacanın quracağı yeni partiya ilə bağlı mühüm məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan türkiyəli yazar Əli Bayramoğlu yeni partiyada yer alacaq adları açıqlayıb.

Bayramoğlu TV5 televiziyasında iştirak etdiyi "Sərbəst Fikir" proqramında Əli Babacan və Abdullah Gül tərəfindən qurulacaq yeni partiyanın ilkin heyətində Türkiyənin demokratikləşməsi və demokratikləşmə planlarının hazırlanmasında ən təsirli şəxslərdən Bəşir Atalayın yer alacağını bildirib.

Heyətdə Ədliyyə Nazirliyində mühüm şəxslərdən biri olmuş Sədullah Ərgih də yer alacaq. Bundan əlavə, siyahıda keçmiş Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, iqtisadiyyat və siyasət məsələləri üzrə olduqca rasional mövqeyi olan Nihad Ərgin də var.


Müəllif: Teleqraf.com