23 İyul 2019 12:03
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş Prokurorluğu Xarici İşlər Nazirliyinə işçi qəbulu ilə bağlı 2010, 2011, 2012 və 2013-cü illərdə keçirilən sınaqlara Fəthullahçı Terror Təşkilatının (FETÖ) müdaxilə etmə ittihamı ilə cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, XİN-də aparılan istintaq zamanı Boğaziçi, ODTÜ kimi universitetlərin məzunlarının işə qəbulunun süni şəkildə əngəlləndiyi, ingilis dilində bilən FETÖ üzvlərinin işə qəbul edildiyi bildirilib.

Məlumata görə, adı açıqlanmayan 15 diplomat o dönəm baş verənləri etiraf edərək, onlarla imtahan suallarının Gülən camaatına daxil olan imamların verdiyini bildirib.

Məlum olub ki, həmin dönəmdə keçirilən sınaqlarda 275 nəfər XİN-ə işə qəbul edilib, bunlardan 249-nun FETÖ-yə bağlı olub. İstinaqa ifadə verənlərdən 31 nəfəri saxlanılıb. 36 nəfəri isə şərti olaraq sərbəst buraxılıb.

İstintaqın açıldığı dönən Əhməd Davudoğlunun 2009-2014-cü illərdə XİN-ə rəhbərlik etdiyi vaxta təsadüf edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər