Hindistanın Uttaraxand ştatının 132 kəndində son üç ayda doğulan 216 uşağın heç birinin qız olmaması ştat rəhbərliyini hərəkətə gətirib.
Teleqraf.com xəbər verir ki, ailələrin cinsiyyətə görə abort etdirməsi ittihamı ilə cinayət işi açılıb.
“Nəticələr şübhəlidir, qız uşaqlarının doğulması nəticəsi demək olar ki, yoxdur”, - Uttaraxand ştatının hakimi Aşiş Çaxan deyib.
1994-cü ildə Hindistanda cinsiyyət xarakterli abort qanunla qadağan olunsa da, ailələr qız uşaqlarını abort etdirməyə davam edir.