İspaniyada Kataloniyanın müstəqillik tələbi ilə bağlı bu gün keçiriləcək mitinqdə on minlərlə insanın iştirakı gözlənilir.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, İspaniyanın qida sənayesinin 20 faizini təmin edən Kataloniya Muxtar Vilayətinin rəhbərliyi Madridin icazə verməməsinə baxmayaraq, 9 noyabrda müstəqillik qərarını referenduma təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, 11 sentyabr Kataloniyada milli bayram kimi qeyd edilir. Belə ki, 1714-cü ilin bu günündə katalonlar Sodalı ordusuna məğlub olaraq Barselonada məskunlaşıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.