24 İyul 2019 14:34
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AKP-nin yürütdüyü siyasət Türkiyənin maraqlarına uyğun deyil, Prezident Ərdoğan bu səhvlərini dayandırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səadət Partiyasının başqanı Təməl Karamollaoğlu deyib.

Ərdoğana bir dost kimi xəbərdarlıq etdiyini deyən partiya başqanı qeyd edib:

“Ərdoğan keçmişdə mənim dostum idi. Birlikdə yol getmişik, amma indi yanlış siyasət yürüdür. Nə edəcəksinizsə, başınıza da o gələcək, həmin yanlışlıqlara görə onlardan ayrıldıq.

Bu, bir zarafat deyil. Ərdoğanın özü bu səhvləri görməsə, heç nə düzəlməyəcək. Seçkilərdə niyə səs itirdi? Bunu özü yaxşı bilir, artıq partiyası yox, özü məğlub olur, səs itirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər