Ermənistan ordusunun əsgəri Volodya Qaloyanı öldürməkdə şübhəli bilinən hərbi hissənin çavuşu həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Xəbər verdiyimiz ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni birləşməsinin əsgəri, 2000-ci il təvəllüdlü Volodya Qaloyan iyulun 23-də xidməti yerində baş naryadını öldürməyə cəhd edib.
Əsgər ona təyin edilmiş “AK-74” avtomatından çavuşa atəş açsa da, məqsədinə nail olmayıb. Bundan dərhal sonra Qaloyan silahını da götürərək döyüş mövqeyini tərk edib. Olaydan bir neçə saat sonra – iyulun 24-də səhər saatlarında əsgərin həmin ərazidən 50 metr aralıda meyiti tapılıb.
Olaylar əlaqədar cinayət işi açılıb, əsgərin intihar etdiyi, yaxud qətlə yetirildiyi araşdırılır.