26 İyul 2019 10:08
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin almağa başladığı “S-400”lərin aktivləşdirilməsi qəbuledilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib

Pompeo Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq, “F-35” proqramından çıxarıldığını bildirib:

“Məsələ bununla kifayətlənməyəcək, daha çox sanksiya tətbiq edilə bilər. Sözün açığı, “S-400”lərin döyüşə hazır vəziyyətə gətirilməsinin tərəfdarı deyilik, məqsədimiz bunun qarşısını almaqdır”.

Rəsmi Ankaraya uzun zamandır “S-400” və “F-35”lərin bir-birinə uyğun gəlmədiyini izah etməyə çalışdıqlarını bildirən Mayk Pompeo əlavə edib: “Buna baxmayaraq Türkiyə bu sistemlərin bir hissəsini aldı, türklərin bunu yenidən nəzərdən keçirməsini istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər