“Türkiyə ABŞ-ın sanksiyalarına hədəf olmaması üçün “S-400” sistemlərini aktivləşdirməməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı senator Lindsey Qraham deyib.
Senator Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğluna telefon zəngində bu haqda fikirlərini ona çatdırdığını açıqlayıb:
Lindsey Qraham Çavuşoğluna etdiyi zəngdə rəsmi Ankaradan Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərini aktivləşdirməməsini istəyib:
“Mən ona bildirdim ki, “S-400”ləri aktivləşdirməsəniz sanksiya tətbiq etməyəcəyik. Ümid edirəm ki, bu məsələdə Türkiyəni razı sala biləcəyik. Sistemlər aktivləşdirilsə, sanksiyadan başqa variant qalmayacaq”.
Qraham “S-400”lərin aktivləşdirilməsi vəziyyətində ABŞ-Türkiyə münasibətlərinin qaranlıq yola yönələcəyini bildirib.
Ağ Evdən məsələ ilə əlaqədar açıqlama verilməyib.