27 İyul 2019 09:01
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiya ilə yola getməməsi üçün əlində heç bir əsası yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Prezidentin sözlərinə görə, iki ölkənin münasibətlərində xüsusi prokuror Robert Müllerin təhqiqatı mənfi rol oynayıb.

Donald Tramp iki il yarımlıq istintaqı biabırçılıq adlandırıb: "Bu, biabırçılıqdır, bütün dünyanı bizə güldürdü. Təəssüf edirəm, bu, ölkəmiz üçün çox pis haldır. Bu, Rusiya da daxil, başqa ölkələrlə münasibətlərimizə mənfi təsir göstərdi".

Qeyd edək ki, Robert Müller Donald Trampın prezident seçilməsində Moskva izini axtaran istintaqa rəhbərlik edib.


Müəllif: Mahir

Oxşar xəbərlər