30 İyul 2019 13:30
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fikrimcə, hakimiyyətin məsələsi bütün hallarda küçələrdə, növbədənkənar seçkilərdə həll olunacaq”.

Bunu Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryan “Qolos Armeniya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu keyfiyyətdə idarəetmə ilə hakimiyyət uzun müddət tab gətirməyəcək və yenidən seçilmək perspektivi də yoxdur: “Seçicilər populist çıxışlardan boğaza qədər doyacaq və seçkidə daha diqqətli olacaqlar. Adətən populistləri daha təcrübəlilər əvəz edir”.

Qeyd edək ki, 2018-ci ilin may ayından Ermənistanı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət idarə edir. Sabiq prezident Robert Koçaryan isə 2008-ci il martın 1-də Yerevanda etiraz aksiyalarının güc tətbiqi ilə dağıdılmasına görə ittiham olunur./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər