ABŞ rəsmi olaraq Almaniyadan Hörmüz boğazında ticarət fəaliyyətinin təhlükəsizliyini təmin edən missiyada iştirak etməsini istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Berlindəki ABŞ səfirliyi məlumat yayıb. Səfirliyin mətbuat katibi Tamara Sternberg-Greller deyib: “Biz Almaniyadan Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və İran təcavüzünə qarşı mübarizə aparmaq üçün Fransa və Böyük Britaniyaya qoşulmağı xahiş etdik”.
Qeyd edək ki, Almaniya hökuməti əvvəlki açıqlamalarında müttəfiqlərindən Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini qorumaq üçün hərbi missiyada iştirak etməklə bağlı hər hansı bir tələbin olmadığını bildirmişdilər. Almaniyanın Müdafiə naziri Annegret Kramp Karrenabauer isə məlum tələbin qiymətləndirilməli olduğunu bildirib.