Türkiyə Suriya ilə sərhəddə yerləşən cənub əyaləti Şanlıurfaya hərbi texnika göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi öz müxbirlərinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, 12 zirehli maşından, xüsusi təyinatlı bölmələrin hərəkət etdiyi avtobuslardan ibarət hərbi konvoy Suriya ilə həmsərhəd olan Ceylanpınar rayonuna yetişiblər.
Qeyd olunur ki, canlı qüvvənin və texnikanın əraziyə gətirilməsi Türkiyənin Suriya ilə sərhəd boyunca hərbi güclənməsinin tərkib hissəsidir.