11 Sentyabr 2014 22:20
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO minə yaxın rus əsgərinin Ukrayna daxilində olduğunu bildirib.

Teleqraf.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, daha əvvəl isə Ukrayna prezidenti Petro Poroşenko ölkədə olan rus qüvvələrinin 70 faizinin geri qayıtmasının atəşkəsin qüvvədə qalmasına yardım edəcəyini deyib.

NATO-nun açıqlamasında alyansın bu haqda heç bir məlumata malik olmadığı bildirilib. Məlumatda Ukraynada hələ də çoxsaylı hərbi təchizatın və sərhədlər boyunca Rusiyanın 20 min əsgərdən ibarət qüvvəsinin qaldığını qeyd edilir.

Moskva separatçıların Rusiyadan yardım aldığını etiraf etmələrinə baxmayaraq, qüvvələrin və hərbi təchizatın Ukraynaya daxil olduğunu inkar edir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər