3 Avqust 2019 09:27
2 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı keçmiş hərbçi Edqar Harrellin danışdıqları hər kəsi təəccübləndirir.

Teleqraf.com xəbər verir ki, Harrell 1945-ci ildə torpedo sistemi ilə batırılan gəmidəki 1195 hərbçidən biri olub.

O, gəmi batdıqdan sonra şans sayəsində sağ qaldığını və təxminən 60-70 əsgərin köpək balıqları tərəfindən diri-diri yeyilməsinin şahidi olduğunu iddia edib.

Dörd gün dənizin ortasında sağ qalmağı bacaran hərbçi bir müttəfiq ordunun qırıcısının onu təsadüfən görməsindən sonra xilas olub.

Tarixin ən qorxunc köpək balığı hücumu olaraq xatırlanan olay “Indianapolis” adlı ABŞ döyüş gəmisində baş verib.

Gəmi 1945-cil iyulun 30-da bir həftə sonra Yaponiyanın Xirosima adasına atılacaq uranı adaya çatdırıb Filippin sahillərindəki Tinian adasına doğru hərəkət edirdi. Lakin yapon sualtı gəmisi “Indianapolis”-i gördükdən sonra gəmiyə 6 torpedo zərbəsi endirdi. Bu torpedolardan ikisi gəmiyə böyük xəsarət verdi və batmasına səbəb oldu.

Harrell həmin vaxt 20 yaşındaydı və gəmidəki əsgərlərdən sadəcə biri idi. Gəminin batması ilə Sakit okean sahillərində sanki “can bazarı” açıldı. Bəxti gətirən Harrell özünü bir avarlı qayığa ata bilmişdi. Lakin xilas olmasını gözlədiyi dörd gün ərzində 600 əsgərin köpək balıqları tərəfindən yeyilməsinin şahidi oldu:

“Hər gün, hər gecə insanların diri-diri yeyildiyini müşahidə elədik. Təsəvvür edin ki, suda yaxın dostunuzu görürsünüz, amma bədəninin bir hissəsi yoxdur, bağırsaqları çölə tökülüb”.

Harrellin başına gələn əhvalat əsasında 2016-cı ildə “USS Indianapolis: Men of Courage” adlı film çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər