11 Sentyabr 2014 21:55
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasından Luqansk vilayətinə 12 tank və 48 zirehli texnika daxil olub.


Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna sərhədindəki “İzvarino" buraxılış məntəqəsi vasitəsilə Ukraynanın Krasnodon şəhərinə döyüş sursatları və canlı qüvvə ilə birlikdə hərbi texnika kolonu keçib. Hərbi texnika kolununda 12 tank, 48 zirehli texnika, o cümlədən 1 BRDM, içində döyüş sursatlarının olduğu 20 “Ural” və içində şəxsi heyətin olduğu 8 “Ural” olub.

A.Lısenko “Novoazovsk” buraxılış məntəqəsindən təxminən 10 tank, “BM-21” zenit-raket sistemi və 2 ədəd “Qrad” reaktiv yaylım atəş sisteminin keçdiyini bildirib. O, qeyd edib ki, Ukrayna tərəfinin nəzarət etməyi ərazilərdə hərbi birləşmələrin aktivləşməsi qeydə alınıb.


Müəllif: