Rusiyanın Baş naziri Dmitri Medvedev ilk Xəzər İqtisadi Forumunda iştirak etmək üçün avqustun 11-də Türkmənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
Media isə Medvedyevin iki günlük səfəri çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovla görüş keçirəcəyi və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinin nəzərdə tutulduğunu yazıb.
Xatırladaq ki, iyulun 21-də Türkmənistan prezidentinin ölüm xəbəri yayılmış, dörd gün sonra isə Türkmənbaşı dövlət televiziyasının kameraları qarşısına çıxaraq Aşqabad şəhərinin gələcəyi ilə bağlı bir sıra tikinti layihələrini təsdiqləmişdi.
İyulun 15-də məzuniyyətə çıxan Berdiməhəmmədovun avqustun 15-dək məzuniyyətdə olacağı bildirilir. Xəzər forumu isə onun məzuniyyətinin rəsmən başa çatmasından əvvəl başlayacağı üçün ölkə başçısının iştirakı və Medvedyevlə ikitərəfli görüşü ətrafında müəmma yaranıb.