İngiltərəli blogger Adebola Soemimo açıq-saçıq geyiminə görə Yunanıstanda saxlanılıb.
Teleqraf.com xəbər verir ki, ağ geyimdə Yunanıstanın tarixi abidəsi olan Akropol muzeyinə gedən blogger məkandan qovulub.
Adebola Soemimo daha sonra polis bölməsinə aparılıb. Blogger sosial mediada irqçilik səbəbindən tutulduğunu qeyd edib: “Yunan polisi heç bir əsas olmadan məni polis məntəqəsinə apardı.
Çox güman, geyimimə görə məni muzeydən uzaqlaşdırdılar. Amma pul ödəyib muzeyə girməyimə icazə vermələri gülüncdür. Geyimimdə problem vardısa, niyə içəri girməyimə izin vermişdilər? Məsələ irqçilikdədir. Muzeydə məndən daha açıq geyinən insanlar vardı”.
Bloggerin izləyiciləri arasında bəziləri onun geyiminin transparan olduğunu qeyd etsə də, böyük kəsim Adebola Soemimoya dəstək verib.