12 Sentyabr 2014 09:07
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Baak Obamanın 4 mərhələli strategiyasından sonra Səudiyyə Ərəbistanı, Türkiyə, ABŞ, Misir, İordaniya və digər Körfəz Əməkdaşlıq Şurasının ölkələri İŞİD-ə qarşı mübarizə aparmaq üçün bir araya gəliblər.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə terrorla mübarizə məsələsi və bu terrorun arxasındakı radikal təşkilatlarla mübarizə müzakirə edilib.

“Terrorla mübarizə toplantısı” adı altında keçirilən görüşdə 10 ərəb ölkəsi İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatda iştirak etmək barədə razılığıa gəlib. Rəsmi Ankara isə sözü gedən sənədə imza atmaqdan imtina edib.

Sənəddə bütün ölkələrin İŞİD daxil olmaqla, hər bir terror təşkilatına qarşı müqavimət göstərmək barəsində qərara gəldikləri yazılıb.


Müəllif: