ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqində başlanacaq əməliyyatlarla bağlı anonsuna reaksiya verib.
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə naziri Mark Esper Suriyanın şərqində hər hansı təktərəfli əməliyyatı qəbul etmədiklərini bəyan edib.
“Ankara ilə razılaşacağımıza ümid edirik”, - deyə amerikalı nazir bildirib.
Qeyd edək ki, dünən ABŞ rəsmiləri Suriyanın şimalında “Təhlükəsiz bölgə” yaradılması istiqamətində danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya gəlib. Artıq ABŞ və Türkiyə hərbi rəsmiləri arasında görüşün ikinci gününə start verilib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı Suriyanın şərqində yeni antiterror əməliyyatına başlayacağının anonsunu vermişdi.