Ermənistan ordusunun Gümrü rayonundakı N saylı hərbi hissəsinin hərbçisi Samvel Məzlumyan intihar edib.
Teleqraf.com xəbər verir ki, intiharla bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb, ölümlə nəticələnən olayın səbəbləri araşdırılır.
Gümrüdə baş verən hadisə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan tərəfindən açıqlanıb.
Məlumata görə, hərbi hissənin orkestrində xidmət edən zabit Samvel Qarnikoviç Məzlumyan özünü zalın tavanından asıb.