Türkiyəli aktrisa və tele-aparıcı Burcu Əsmərsoy bu gün alış-veriş mərkəzlərinin birində jurnalistlərin kamerasına tuş gəlib.
Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı antalyalı iş adamı Bərk Suyabatmazdan ayrılacağı barədə xəbərlərə cavab vermək istəməyib.
Burcu Əsmərsoy 2018-ci ilinin may ayında Bərk Suyabatmazla ailə həyatı qurmuşdu. Cütlük boşanma qərarını bu yaxınlarda verib. İddialara görə, Burcu Əsmərsoy yaxınlarına belə deyib: “Bu mövzuda mediaya açıqlama verməyəcəm. Amma münasibətlərimizə son qoymuşuq. Qısa zamanda bunu rəsmiləşdirəcəyik”.
Cütlüyün rəsmi şəkildə boşanması 2 sentyabrda baş tutacaq.