ABŞ Prezidentİ Donald Tramp “Vaşinqton Post” qəzetinə geniş və açıq müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Donald Tramp alkoqolizmdən əziyyət çəkən və ailə biznesini aparmaq üçün uyğun olmayan mərhum qardaşı Fredə təzyiq etməsindən peşman olduğunu etiraf edib.
Qeyd edək ki, D.Trampın böyük qardaşı universiteti bitirdikdən sonra karyerasını kommersiya pilotu kimi davam etdirsə də son nəticədə işdən qovulub. Onun keçmiş dostu danışır ki, ailəsi Fredin pilot olmasını istəmirdi. Bu səbəbdən ailədaxili gərginlik hökm sürürdü. Sonra o, atasının firmasında işə düzəlib və daşınmaz əmlak sahəsində çalışıb. Ancaq bu iş onu səma kimi cəlb etmirdi.
Böyük qardaşının 41 yaşında vəfat etməsi gələcək prezidentin həyatındakı ən əhəmiyyətli hadisələrdən biridir. D.Tramp həmin vaxt 16 yaşında olub və bundan sonra spirtli içki içməməyə qərar verib. O vaxtadək isə ancaq bir butulka pivə içdiyini bildirib.
Tramp heç vaxt içki içməyib və siqaret çəkməyib.
D.Tramp müsahibə zamanı qardaşının ölümünü spirtli içki qəbul etməməsinin səbəbi adlandırıb. Prezident ABŞ-da alkoqolizm və narkotiklərlə mübarizənin onun şəxsi maraqları ilə bağlı olduğunu vurğulayıb.
O, həmçinin, əlavə edib ki, edilən təzyiqlərə baxmayaraq daşınmaz əmlak imperiyasını idarə etmək qardaşının işi deyildi. “Bununla belə Fred həyatı boyunca alkoqol asılılığından əziyyət çəkdi”, – deyə Ağ Ev rəhbəri bildirib.