İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu onun pasportunun seriya nömrəsini sosial mediada açıq paylaşan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Sərkan Bayramı məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlu vəkili vasitəsilə məhkəmə təqdim etdiyi ərizədə vəsiqəsinin seriya nömrəsi ilə qumar oynanıldığını qeyd edib.
Naməlum şəxslər SƏrkan Bayram tərəfindən İmamoğluna məxsus vəsiqədə üzərini bağlamadan paylaşdığı seriya nömrəsindən istifadə edərək mərc oyunları saytında hesab açıblar.
İmamoğlu AKP-li deputatdan 50 min türk lirəsi təzminat tələb edir.
Sərkan Bayram isə bu iddianı rədd edərək bildirib ki, seriya nömrəsini bələdiyyə sədri özü paylaşıb.