NATO dünən Baltik dənizinin bitərəf ərazilərində Rusiya müdafiə naziri Sergey Şoyqunu aparan təyyarəyə “F-18” döyüş qırıcısının yaxınlaşmasına görə rəsmi Moskvanı ittiham edib.
Teleqraf.com xəbər verir ki, NATO açıqlamada təyyarədə kimin olmasına dair məlumatsız olduqları bildirib.
NATO-nin sözçüsü Ona Lunqesku Baltik dənizi üzərində - alyansın hava sahəsi yaxınlarında iki “Su-27”-nin müşayiət etdiyi “Tu-214” təyyarəsinin təqib edildiyini deyib.
“Tu-214”-nin ərazidə planlı şəkildə manevr etdiyini söyləyən Lunqesku qeyd edib ki, “Su-27” qırıcılarının uçuş planı olmayıb, üstəgəl, siqnal göndərən cihazlar bağlı olduğundan havaya nəzarət mərkəzi ilə əlaqə saxlamaq mümkün olmayıb.
NATO sözçüsü “F-18”-lərin rus qırıcılarını təhlükəsiz məsafədən nəzarət etdiyini vurğulayıb. O, rus qırıcılarından birinin təhlükəli manevr etdiyini də sözlərinə əlavə edib: “Həmin qırıclardan biri NATO təyyarələrindən birinin uçuş yolunu kəsdi”.
Rəsmi Moskva Baltik dənizində bir NATO qırıcısının müdafiə naziri Sergey Şoyqunun olduğu təyyarəyə yaxınlaşmağa çalışdığını, NATO-ya aid qırıcının ruslar tərəfindən həmin ərazidən uzaqlaşdırdığını açıqlayıb.