16 Avqust 2019 13:44
1 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayrı-ayrılıqda yeni partiya quracağı bildirilən sabiq baş nazir Əhməd Davudoğlu və keçmiş iqtisadiyyat naziri Əli Babacanın birləşəcəyinə dair iddialar yayılıb.

Teleqraf.com “Yeniçağ”a istinadla xəbər verir ki, məsələ ilə bağlı onlar yaxın zamanda görüşəcəklər.

İddialara görə, birləşmənin yeganə əleyhdarı eks-prezident Abdullah Güldür. Artıq Əhməd Davudoğlu və Əli Babacanın komandasında bəzi şəxslər arasında eyni çətir altında birləşmə üçün görüş baş tutduğu deyilir. Bu görüşlərin geniş miqyasda olacağı vurğulanır.

İki isim birləşərsə, hakim Ədalət və İnkişaf Partiyasından daha çox qopmalara səbəb olacağı ehtimal edilir.

Məlumatlara görə, Abdullah Gül Davudoğlu ilə birgə partiya yaratmağın qəti əleyhinədir, xüsusilə Suriyaya yönəlik siyasət ucbatından sabiq baş nazirin tükənmiş siyasətçi olduğunu düşünür.


Müəllif: Nərgiz

Oxşar xəbərlər