16 Avqust 2019 15:54
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəsi ilə birlikdə Suriyadakı müharibədən Yunanıstana qaçan və ailənin mindiyi qayığın batması nəticəsində həyatını itirmiş 3 yaşlı suriyalı Aylan Kurdi ilə bağlı filmə Türkiyə daxili işlər naziri Süleyman Soylu da çəkilib.

Teleqraf.com xəbər verir ki, filmdə Stiven Siqal, Mayk Mitçell kimi məşhur aktyorlarla yanaşı Türkiyədən Cümhuriyyət Xalq Partiyası liderinin köməkçisi Bülent Kuşoğlu da rol alıb.

Filmin ssenari müəllifi Corc Edde, rejissoru isə Ömər Sarıkayadır. Sarıkaya filmin “Oskar” mükafatına layiq görülə biləcəyini iddia edib.

Xatırladaq ki, 2015-ci ildə Bodrum sahillərində cansız bədəni tapılan körpənin faciəsi bütün dünyanı sarsıtmış, Aylan Suriyadakı müharibə qurbanlarının simvoluna çevrilmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər