Əfqanıstanın Baş naziri Abdullah Abdullah Kabildə toyda baş verən və 63 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.
Teleqraf.com xəbər verir ki, baş nazir öz Tvitter mikrobloqunda terror aktını qınayıb.
"Ötən gecə toyda baş verən terror hadisəsini qətiyyətlə pisləyirəm. Bu dəhşətli hücum şübhəsiz insanlığa qarşı bir cinayətdir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə Abdullah Abdullah qeyd edib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, intiharçı tərəfindən törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər yaralanıb.