18 Avqust 2019 15:14
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağının sərhəddində İsrail hərbçiləri tərəfindən açılan atəş nəticəsində üç fələstinli həlak olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud deyib.

M.Mahmudun sözlərinə görə, üç fələstinlinin cəsədləri bu gün səhər "Əl-Andunisi" xəstəxanasına gətirilib: "Onlar gecə sərhəddə baş verən hadisə nəticəsində İsrail hərbçiləri tərəfindən öldürülüb".


Müəllif: Teleqraf.com