“Ənsar Allah” hərəkatının üsyançıları (husilər) Yəmən ordusuna aid hərbi düşərgəyə raketlə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının sərhəddi yaxınlığında hərbi təlim düşərgəsinə “Katyuşa” raketi ilə zərbə endirilib.
Husilərə aid “Əl-Məsirə” telekanalı hadisə zamanı ölən və yaralananların olduğunu açıqlayıb.
Faktla bağlı Yəmən ordusu və Səudiyyə Ərəbistanının başçılığı altında koalisiya qüvvələri hər hansı məlumat yaymayıb.