Bəşər Əsəd rejimi Türk Silahlı Qüvvələrinə (TSK) aid 8 nömrəli müşahidə məntəqəsinə hücum edib.
Teleqraf.com türk mediasına istinadən bildirir ki, Bəşər Əsəd rejiminə aid təyyarələr İdlibin cənub- şərqindəki Maaretinuman qəsəbəsində yerləşən TSK-nın 8 nömrəli müşahidə məntəqəsini atəşə tutub.
Hücum zamanı ciddi dağıntı və ölüm faktı qeydə alınmayıb. Qeyd edilir ki, TSK-nın 8 nömrəli müşahidə məntəqəsi Bəşər Əsədin dünən əməliyyatla aldığı Xan-Şeyhun qəsəbəsinin şimalında yerləşir.
Bəşər Əsəd Rusiya və İranın dəstəklədiyi silahlı qüvvələrin dəstəyi ilə 10 gündür ki, İdlibin cənubuna doğru irəliləyir. Qeyd edək ki, 2018-ci ilin yayından bu günə qədər 1 milyona yaxın mülki insan bu ərazilərdən qaçaraq Suriya-Türkiyə sərhəddinə sığınıb.