Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatçılığını ifadə edib və "Böyük yeddilik" ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya - planetimizin 20% oksigen istehsal edən ağciyərləri, yanır. Bu beynəlxalq bir böhrandır. G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk", - deyə o bildirib.
Amazoniya meşələrində güclü yanğınlar artıq 3 həftədir ki, davam edir.
G7 sammiti 24-26 avqust tarixlərində Fransanın Biarrits şəhərində keçiriləcək.