23 Avqust 2019 19:36
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Şali şəhərində məscid açılışında vəsiyyətini edib.

Teleqraf.com xəbər verir ki, R.Kadırov tərəfdarlarından xahiş edib ki, o öldükdən sonra adını daşıyacaq kiçik bir məscid inşa etsinlər.

"Biz nə qədər ki sağıq, xalq üçün xəstəxanalar, məscidlər, məktəblər inşa edəcəyik, onların xidmətində olacağıq. Bu gün Şalidə açılan Avropanın ən böyük məscidi Məhəmməd Peyğəmbərin adını daşıyacaq. Mənim üçün isə öldükdən sonra kiçik bir məscid inşa edərsiniz. Bu, ruhumu şad edər", - deyə Çeçenistan rəhbəri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər