24 Avqust 2019 10:19
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonla Tehran arasında ciddi böhrana yol açan İran tankeri hazırda Türkiyənin Mersin limanına doğru hərəkət edir.

Teleqraf.com xəbər verir ki, “Adrian Darya 1” adlı tankerin hazırda Aralıq dənizinin cənub sularında olduğu ehtimal olunur.

Qeyd edək ki, Avropa Birliyi “Adrian Darya 1” tankeri Brüsselin sanksiyalarını yararaq Suriyaya neft daşıdığına görə saxlamışdı.

Ötən həftə gəminin sərbəst buraxılacağı haqqında xəbərlərdən sonra ABŞ Cəbəllütariq məhkəməsinə müraciət edərək gəminin müsadirə olunması tələbini irəli sürdü. Amma məhkəmə ABŞ-ın tələbini rədd etdi, səbəb kimi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların Avropa Birliyi ərazisində tətbiq edilməməsi göstərildi.

Eyni zamanda vurğulandı ki, İran İnqilab Keşikçiləri Korpusu Avropa Birliyi ərazisində terrorçu elan edilməyib. Bundan sonra gəmi sərbəst buraxıldı.


Müəllif: Cavad