İsveçrədə, Alp dağlarında yüngül çəkili “Piper” tipli təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Simplon dağ keçidi üzərində qəzaya uğrayan təyyarə tək mühərrikli olub. Hadisə zamanı pilot və iki sərnişin həlak olub.
Məlumata görə, təyyarə İtaliya istiqamətində uçurmuş. Hadisə ilə bağlı araşdırma aparılır.