28 Avqust 2019 11:26
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının (CHP) seçkinin nəticələrinə həsr olunan toplantısına gecikən Əkrəm İmamoğlu sərt münasibət ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, partiyadaşlarının sərt reaksiyası ilə qarşılaşan Əkrəm İmamoğluna partiyadaxili nizam-intizama əməl etmək tövsiyə olunub.

CHP üzvləri toplantının başlamasını uzun müddət gözləyib. Qaydaya görə, CHP-nin İstanbul təmsilçisi Canan Kaftancıoğludan sonra danışmalı olan Əkrəm İmamoğlu tənqidlə üzləşib:

“İşçiləriniz partiyamızın üzvlərinə ikinci dərəcəli insanlar kimi baxa bilməzlər. Onlar CHP üzvlərim İlə çox pis rəftar edirlər. Bununla bağlı tədbir görülməlidir”.

CHP-nin Pendik təmsilçisi Doğan Çakmak da Əkrəm İmamoğluna narazılığını bildirib:

“Martın 31-i və iyunun 24-də səhərə qədər çalışdıq. 48 gün əvvəl görüş təyin etməyinizi xahiş etdik. Müraciətimizə cavab vermədiniz. İnsanlar işsizdir. Hər tərəfdən bizə təzyiq edirlər. Səninlə görüşmək isə mümkün deyil”.

Əkrəm İmamoğluna edilən şikayətlər onun iclası tez tərk etməsilə nəticələnib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər