Rusiya beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, Ukraynanın şərqinə yeni bir humanitar yardım karvanı göndərib.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Rusiya gömrük rəsmisi Rayan Farukşin təxminən 200 yük maşından ibarət karvan aparılan əməliyyatların ardından Ukrayna sərhədini keçdiyini açıqlayıb. Dərman, qida materialı və generator yüklü maşınların Luqansk şəhərinə doğru irəlilədiyi bildirilib.
Ukrayna hökuməti hələ məsələ ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, 280 avtomobillik ilk yardım karvanı avqust ayının ortasında Ukrayna hökumətinin razılığını olmadan sərhədi keçib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.