ABŞ hökuməti “Taliban”la razılıq əldə edəndən sonra Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News Radio”ya müsahibəsində bildirib.
“Orada qalacağıq, amma qüvvəmizi xeyli ixtisar edəcəyik. Onu 8,6 minədək azaldacağıq, sonrasına baxarıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda Əfqanıstanda ABŞ hərbçilərinin sayı 13 mindir.
ABŞ ilə “Taliban” hərəkatı Dohadakı danışıqların növbəti mərhələsinə avqustun 22-də başlayıblar.