Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Necdet Özəl və bir sıra generallarla görüş keçirib.
Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən verir ki, Çankaya köşkündə təxminən saat yarım davam edən görüşdə Ərdoğan Ankarada küçə ortasında döyülən ordu generalı Akın Öztürkə durumdan narahat olduğunu çatdırıb.
Görüş zamanı otaqda divardan asılan, üzərində ərəb yazısı olan bir lövhə də diqqətdən yayınmayıb.
Ərəb dilində yazılmış lövhədəki “Alayke avnullah” yazısı “Allahın yardımı üzərində olsun” anlamını verir.