14 Sentyabr 2014 00:09
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk İtaliyada yerləşən Avstriya-Macarıstan qəbiristanlığını ziyarəti zamanı maraqlı açıqlamalar verib.

Birinci Dünya Müharibəsinin başlamasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə on min nəfər qarşısında çıxışında Poma Papası “müharibə ağılsızlıqdan başqa bir şey deyil” deyə bildirib.

“Üçüncü dünya müharibəsi demək olar ki, qismən başlayıb. Bu müharibə kütləvi cinaytlərlə əlaqəlidir, kütləvi qırğınlara bağlıdır”, - deyə Roma Papası Fransisk bildirib.

Birinci Dünya Müharibəsində həlak olanları yad edən Roma Papası Fransisk qeyd edib ki, bu gün də geosiyasi maraqlara, uydurma strategiyalara görə qarşıdurmalar var./anspress/


Müəllif: