4 Sentyabr 2019 11:44
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko 93 nömrəli orta məktəbdə dərs zamanı şagirdlərə “Tesla” markalı avtomobili ona İlon Maskın özünün hədiyyə etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı süjet STV kanalında yayımlanıb.

“Mənim elektriklə işləyən “Tesla” markalı maşınım var, bəzən onu sınaqdan keçirirəm. Onu mənə Mask hədiyyə edib. O məni motosikletdə gördü və dedi: “Sizdə prezident iki təkərli motosikletlə hərəkət edir?”, – deyə Lukaşenko yuxarı sinif şagirdlərinə bildirib.

Prezident ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini sevdiyini bildirib və deyib ki, məmnunluqla velosiped sürərək gedərdi. Lakin o, Vladimir Zelenskini təqlid etməkdə günahlandırılmaması üçün bu ideyadan imtina etmək qərarına gəldiyini vurğulayıb:

“Mən ümumiyyətlə nəqliyyat vasitələrinin həvəskarıyam. Bu mənim üçün bir hobbidir. İndiyədək bir çox avtomobil dəyişmişəm. Ancaq “Tesla” möcüzə avtomobildir. Çevik, cəld, sürəti çox tez yığır. Onu sınaqdan keçirməyə yer belə yoxdur”.

Xatırladaq ki, A.Lukaşenko hələ 2017-ci ildə “Tesla” nı sınaqdan keçirib. Bu, “S P100D” modeli idi. O zaman avtomobilin qiyməti təxminən 165 min avro idi. Həmin vaxt prezidentin avtomobili Vitebsk vilayətinə aid nömrə ilə hərəkət edirdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər