4 Sentyabr 2019 13:48
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın İdlib vilayətinə son hava zərbəsini qınayıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan açıqlamasında ABŞ qırıcılarının bombardmanı nəticəsində 700-ə yaxın mülki şəxsin öldüyünü bildirib.

Dövlət başçısı İdlibin tədricən yox olduğunu deyib: “İdlib getdikcə yoxa çıxır. Əvvəllər Hələb ərazilərinə hücum etdilər, indi isə İdlibə… İdlib Hələblə eyni vəziyyətdədir”.

Türkiyə lideri İdlib məsələsini sentyabrın 16-da keçiriləcək növbəti üçtərəfli Rusiya-Türkiyə-İran sammitində, həmçinin sentyabrın 17-də açılması planlaşdırılan BMT Baş Assambleyasının 74-cü sessiyasında qaldırmaq niyyətində olduğunu vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyada təhlükəsiz zona yaratmağa çalışacaq:

“Suriyalı qaçqınları qapılarımızı bağlamaqla qovmaq niyyətində deyilik, amma təhlükəsiz bir zona yaratmağa kömək etsələr məmnun olarıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər