Bu gün İranın Yəzd əyalətinin Behabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:12-da qeydə alınıb.
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.