Türkiyənin Müdafiə Nazirliyi Rusiyadan satın alınan S-400 kompleksləri ilə bağlı türkiyəli heyətə təlimin başlandığı barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, S-400 təliminə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının şəxsi heyətinin iştirakı ilə Rusiyanın Qatçina şəhərində start verildiyi bildirilir.
Xatırladaq ki, nazirlik avqustun 27-də S-400 zenit-raket sistemlərinin ikinci batareya vəsaitlərinin Türkiyəyə ixracının başladığını açıqlamışdı.