6 Sentyabr 2019 10:34
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabiq baş nazir Əhməd Davudoğlu və keçmiş 3 deputata partiya sıralarından çıxarılması barədə yazılı bildiriş göndərib.

Teleqraf.com xəbər verir ki, Davudoğlu ilə yanaşı, AKP-dən çıxarılanlar arasında Selçuk Özdağ, Ayhan Sefer Üstün və Abdullah Başçı var.

Bildirişdə həmin şəxslərin partiyadan hansı səbəblər əsasında çıxarılması izah olunub.

Sənəddə “partiyanın fundamental prinsiplərinə zidd davranışlar”, “cəmiyyətdə partiya haqda yanlış rəy formalaşdırmaq” kimi səbəblər göstərilib.

Bildirişdə eyni zamanda, xüsusilə Əhməd Davudoğlunun son günlərdə Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik fikirlər səsləndirməsi də yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər