Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü Adatepe ilə birgə dənizdəki görüntülərinin rənglənmiş versiyası sosial mediada maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Atatürkə aid video və fotoların paylaşıldığı səhifə görüntüləri rəngləyərək yayıb.
Görüntülərə rekord həddə baxış olub və ən çox paylaşılan videolar sırasına daxil edilib.